9209d52e-c682-40b5-89cb-1ffc58c05dfb..jpg

ABŞ Senatı Türkiyəyə “F-16”ların satışına dair mövqeyini dəyişdi

Baxış sayı: 979 dəfə baxılıb.

ABŞ Senatı Türkiyəyə “F-16”ların satışına dair mövqeyini dəyişdi

“F-16” qırıcılarının Türkiyəyə satışının qəti əleyhinə olan ABŞ Senatının
Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez yeni açıqlama ilə çıxış edib.

O bildirib ki, hazırda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Prezident
Administrasiyası ilə danışıqlar aparır və gələn həftə ərzində “F-16”
qırıcılarının Türkiyəyə satılması ilə bağlı qərar verilə bilər.

Lakin Robert Menendez bu məsələnin Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq
verməyi ilə bağlı olub-olmadığı məsələsinə aydınlıq gətirməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə
göndərilməsinə razılıq verib.

Mənbə: Reuters

Source link