ABŞ Senatında Ukrayna, İsrail və Tayvana yardım paketi səsvermədən keçib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın
dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirəsi, habelə Çinə qarşı
əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri prosessual səsvermədən
keçib.
Prosessual səsvermədən əvvəl qanun layihələri üzrə qısa müzakirələr aparılıb.
Qeyd edək ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr
Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir.
Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin
Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar
yardım göstərmək üçün vəsait daxildir.
Senatda yekun təsdiqdən sonra qanun layihələri imzalanmaq üçün ABŞ Prezidenti
Cozef Baydenə göndəriləcək. O, artıq layihələri imzalamağa söz verib.
Mənbə: RİA Novosti