ABŞ senatoru Çini “cəhənnəm sanksiyaları” ilə hədələdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Pekin Tayvana nəzarəti bərpa etməyə cəhd edəcəyi təqdirdə Çini “cəhənnəm
sanksiyaları” gözləyir”.
Bunu ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem deyib.
Bununla da senator Si Cinpinin San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə
görüşü zamanı Tayvanın Çinlə yenidən birləşəcəyini ona birbaşa söyləməsi barədə
məlumatlara reaksiya verib.
Onun fikrincə, bu cür məlumatlar insanları qıcıqlandırır.
“Mən demokrat və respublikaçı senatorlarla işləyəcəyəm ki, bu iki işi tez bir
zamanda yerinə yetirək. Birincisi, Tayvan üçün güclü əlavə müdafiə yaratmaqdır.
İkincisi, Çin Tayvanı ələ keçirmək üçün hərəkətə keçərsə, ona qarşı tətbiq
olunacaq cəhənnəm sanksiyaları layihəsini hazırlamaqdır”, – deyə Qrem bildirib.
Senatorun nöqteyi-nəzərindən ABŞ-də ÇXR ilə qarşıdurmanı mümkün edəcək
partiyalararası konsensus mövcuddur.
Mənbə: gazeta.ru