ABŞ SM-3-ü sınaqdan keçirdi – VİDEO

Baxış sayı: 2. 748 dəfə baxılıb.

ABŞ SM-3-ü sınaqdan keçirdi – VİDEO

ABŞ qitələrarası ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmuş raket əleyhinə SM-3-ü sınaqdan keçirib. 

Raketin buraxılma anı əks olunan video Pentaqonun saytında yerləşdirilib. 

Sınaqlar mayın 10-da “Qorxunc qalxan” təlimlərinin gedişatı zamanı aparılıb. Raketin buraxılışı “USS Roosevelt” raket esminisdən həyata keçirilib. 

Xatırladaq ki, SM-3 raketlərinin hazırlanması 2018-ci ilin yanvarında başa çatmışdı. Pentaqonda SM-3 proqramının direktoru Emi Koen bildirmişdi ki, silah Avropanın potensial ballistik təhlükələrə cavab verməyi məqsədi ilə Polşa və Rumıniyada yerləşdiriləcək.