ABŞ “soyuq müharibə” dövrünün silahını sınadı – VİDEO

ABŞ “soyuq müharibə” dövrünün silahını sınadı – VİDEO

Baxış sayı: 2. 162 dəfə baxılıb.

ABŞ ordusu mayın 14-də “Minuteman III” qitələrarası ballistik raketin növbəti sınağını həyata keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, buraxılışın görüntüsü “YouTube” portalına yerləşdirilib.

Kaliforniyanın cənubunda yerləşən Vandenberq bazasından buraxılan raketin başlığı 7000 km qət edərək Sakit okeanın mərkəzi hissəsində yerləşən Kvaceleyn  mərcan adasındakı hədəfə tuş gəlib.

Bu 1970-ci ildən bəri ABŞ-ın hərbi arsenalına daxil olan ballistik raketin son bir il ərzində ikinci sınağıdır. 

Qeyd edək ki, “Minuteman” fəsiləsindən olan raketlər ABŞ-ın quru qoşunları bazasının arsenalında olan yeganə qitələrarası ballistik raketlərdir.

.
www.ÇıxışYolu.Com