ABŞ Suriyadakı hədəflərinə çatana qədər bu ölkədən əsgərlərini çıxarmayacaq.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Heyli bəyan edib.
“Biz qarşıya qoyulan bütün hədəflərə çatmayınca Suriyadan getməyəcəyik”, – diplomat izah edib.
O qeyd edib ki, bu hədəflər arasında İŞİD terror qruplaşması üzərində qələbə, ABŞ üçün kimyəvi silah riskinin tam aradan qaldırılması və İranın fəaliyyətinin izlənilməsi var.