ABŞ Suriyanın Hələb vilayətində yeni hərbi baza yaradıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Al-Masdar News” məlumat yayıb.
Sözügedən obyekt ABŞ-ın dəstəklədiyi kürd-ərəb yaraqlılarının (PYD) nəzarət etdiyi Mənbic bölgəsindən şimal-qərbdə yerləşir.
Nəşrin məlumatına görə, bu yaxınlarda şəhərə 200 amerikalı hərbçi, o cümlədən, zirehli maşınlar və tikinti texnikası gəlib.
Hadisə ABŞ prezidenti Donald Trampın ötən gün verdiyi bəyanatla ziddiyyət təşkil edir. Ağ Ev rəhbəri etdiyi çıxışda, ABŞ hərbi kontingentini ən qısa zamanda Suriyadan çıxarmaq niyyətində olduğunu bildirmişdi.