ABŞ Suriyadakı kimyəvi hücumla bağlı sübutlar aşkarladı

ABŞ Suriyadakı kimyəvi hücumla bağlı sübutlar aşkarladı

Baxış sayı: 1. 728 dəfə baxılıb.

Suriyanın Duma şəhərində iddia olunan kimyəvi hücum qurbanlarından götürülmüş nümunələrin müayinəsi müsbət nəticə verib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MSNBC NEWS” telekanalı ABŞ hökumətində olan mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə,  ABŞ-da kimyəvi silahın tətbiq olunduğu rayonda yaşayan sakinlərdən götürülmüş qan və sidik müayinələrinin nəticələri var.

Nümunələrdə xlor və sinir-paralitik maddə aşkarlanıb. Habelə müayinə nəticələri kimyəvi hücum zamanı zarin qazından istifadə olunub-olunmadığını göstərmir.

Vaşinqton Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kimyəvi hücuma görə Bəşər Əsəd rejimini günahlandırır.

Kimyəvi silahdan istifadə olunub-olunmadığı ilə bağlı son nəticəni Kimyəvi silahların qadağan edilməsi təşkilatı açıqlayacaq. Təşkilatın ekspertləri aprelin 14-də Suriyaya çatmalıdır.

.
www.ÇıxışYolu.Com