ABŞ Suriyanı bombalayır

ABŞ Suriyanı bombalayır

Baxış sayı: 2. 223 dəfə baxılıb.

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcısından qalxan hərbi təyyarələr Suriyadakı İŞİD mövqelərini bombalamağa başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi dəniz qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.

“Bu əməliyyatlar zərbəçi aviadaşıyıcı qruplaşmaların imkanlarını nümayiş etdirir”, – deyə dəniz donanmasının kontr-admiralı Cin Blek bildrib.

Əməliyyat mayın 3-də start götürüb. Zərbələr Aralıq dənizinin şərq hissəsindən endirilir. 

Zərbəçi qruplaşmaya “Harri Truman” aviadaşıyıcısı,  “Normandiya” kreyseri, raket idarəetmə sistemi olan esmineslər və müşayiətçi gəmilər daxildir.

“Harri Trumen”in göyərtəsində 90 hərbi təyyarə və helikoterin olduğu bildirilir. Qruplaşmanın ümumi şəxsi heyəti 6500 nəfərə yaxındır.

Bundan əvvəl Pentaqon Suriyada sonuncu İŞİD istinadgahlarının məhv edilməsi ilə bağlı əməliyyatın başlandığını elan etmişdi.

.
www.ÇıxışYolu.Com