ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı – YENİLƏNİB

ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı – YENİLƏNİB

Baxış sayı: 2. 294 dəfə baxılıb.

ABŞ Qərargah rəisləri birləşmiş komandanlığının sədri Cozef Danford bəyan edib ki, Suriyaya zərbələr başa çatıb.

ÇıxışYolu.Com Reuters-ə istinadən xəbər verir ki, o, bu barədə Pentaqon rəhbəri Ceyms Mettislə birgə mətbuat konfransında bildirib.

Danfordun sözlərinə görə, hədəflərdən biri tədqiqat mərkəzi, digəri kimyəvi silah anbarı olub. General bütün hədəflərin Dəməşqin “kimyəvi silah proqramı” ilə bağlı olduğunu qeyd edib.

Öz növbəsində Mettis bəyan edib ki, ABŞ Suriya ərazisinə yeni zərbələri planlaşdırmır. Pentaqon rəhbəri son atəşi “birdəfəlik hücum” adlandırıb.

06:31

ABŞ Suriyaya hücum etmək qərarına gəlib.

ÇıxışYolu.Com Reuters-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ölkə prezidenti Donald Tramp çıxış edib.

“Mən ABŞ Silahlı Qüvvələrinə suriyalı diktator Bəşər Əsədin kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqlikli zərbələr endirmələrini əmr etdim”, – deyə, o, bəyan edib. 

Onun sözlərinə görə, əmr “bədheybətin” Şərqi Qutada qadağan olunmuş silahları tətbiq etməsinə cavabdır.

Tramp iddia edir ki, hərbi əməliyyat Fransa və Böyük Britaniya ilə birgə aparılacaq – onun məqsədi kütləvi qırğın silahlarının tətbiq ilə müşayiət olunacaq yeni hücumlara yol verməməkdir.

ABŞ prezidentinin sözlərinə görə, Amerika öz qoşunlarının Suriyada uzunmüddətli iştirakına can atmır, lakin Dəməşq kimyəvi silahdan istifadəni dayandırmasa, ABŞ-ın hərbi cavabı davamlı olacaq. 

Reuters-in məlumatına görə, bu bəyanatdan dərhal sonra ABŞ Suriyanın paytaxtı Dəməşqi “Tomaqavk” raketləri ilə atəşə tutub.

İlk zərbədə ABŞ aviasiyasının iştirakı məlum olmasa da, agentlik Böyük Britaniyanın Kiprdəki hərbi bazadan uçmuş təyyarələrinin hücuma qoşulduğunu öyrənib.

İlkin məlumata görə, zərbələr elmi mərkəzlərin cəmləşdiyi Barzeh rayonu, həmçinin Dəməşq aeroportuna endirilib.

Atəşin nəticələri barədə məlumat verilmir.

Suriyanın SANA agentliyi isə Dəməşqdən cənuba Kisva şəhərində 13 qanadlı raketin vurulduğu barədə məlumat yayıb.

“Suriya hava hücumundan müdafiə qüvvələri ABŞ, Fransa və Böyük Britaniyanın hücumlarını dəf edirlər”, – deyə, RİA Novosti Dəməşqdəki şahidlərə istinadən yazır.

Reuters-in məlumatına görə, şəhərdə partlayışlar eşidilir, tüstü görünür.

www.ÇıxışYolu.Com