ABŞ Suriyaya yeni zərbələr endirə bilər

ABŞ Suriyaya yeni zərbələr endirə bilər

Baxış sayı: 2. 495 dəfə baxılıb.

Kimyəvi silahla bağlı insident təkrarlansa, ABŞ Suriyaya qarşı yeni zərbələr endirə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ nümayəndələr palatasının xarici işlər komitəsinin nümayəndəsi Ed Roys bildirib.

Komitədə keçirilən dinləmələrdə çıxış edən Roys, ABŞ-ın son zərbələrinin tam qanuni və əsaslı olduğunu vurğulayıb. Belə ki, konqresmenin sözlərinə görə bu, kimyəvi silahdan istifadə etməklə həyata keçirilmiş “vəhşi hücuma” Vaşinqtonun cavabı olub.

“Əsədin bu ismarıcı anladığına inanıram. Yox əgər anlamayıbsa, yeni zərbələr endirilə bilər”, – deyə  Roys bildirib.

Xatırladaq ki, aprelin 14-də ABŞ, Britaniya və Fransa Suriyanın hökumət obyektlərinə raket zərbələri endirib. Koalisiya liderləri əmin edir ki, zərbələrdə yalnız kimyəvi silahların istehsal olunduğu obyektlər hədəfə alınıb.

.
www.ÇıxışYolu.Com