ABŞ Suriyaya zərbə endirməyə hazırlaşır

ABŞ Suriyaya zərbə endirməyə hazırlaşır

Baxış sayı: 2. 747 dəfə baxılıb.

60 Tomaqavk raketi ilə təchiz edilən ABŞ hərbi gəmisi “Donald Cook” Suriyanın Tartus şəhərinə 100 kilometr məsafəyə yaxınlaşıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Hürriyet” qəzeti yazır.

Qeyd edilir ki, “Donald Cook” bazar ertəsi Kiprdəki limanı tərk edərək Suriya tərəfinə istiqamətlənib. 

Nəşrin məlumatına görə, Rusiya qırıcıları dörd dəfə ABŞ hərbi gəmisinin üzərindən uçaraq xəbərdarlıq ediblər.

ABŞ Hərbi Dəniz Qüvvələri məlumatı təsdiqləməyiblər. Qurumdan “Donald Cook” hərbi gəmisinin Larnakidən haraya istiqamətləndiyi barədə məlumat verməyiblər.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Vaşinqtonu xəbərdarlıq edib ki, ABŞ-ın Suriyaya qarşı güc tətbiq etməsi ciddi fəsadlarla nəticələnə bilər.

www.ÇıxışYolu.Com