ABŞ Tayvana 66 “F-16” satacaq – Çin etiraz edir

Baxış sayı: 2. 464 dəfə baxılıb.

ABŞ Tayvana 66 “F-16” satacaq – Çin etiraz edir

ABŞ-ın prezident administrasiyası Tayvana 8 milyard dollar dəyərində 66 ədəd “F-16” döyüş təyyarəsi və ona aid avadanlıqlar göndərilməsi qərarı ilə bağlı Konqresi rəsmi olaraq məlumatlandırıb.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin nümayəndəsi deyib.

“Bu gün administrasiya ABŞ Dövlət Departamentinin nəzarət etdiyi xarici hərbi kömək proqramı çərçivəsində Tayvanın 8 milyard dollarlıq 66 ədəd “F-16C/D Block 70” qırıcıları ilə, eləcə də ehtiyat hissələri və döyüş sursatları ilə təchiz edilməsi haqqında qərarını rəsmən Konqresə çatdırıb”, – deyə amerikalı diplomat bildirib.

ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, qırıcıların tədarükü “bölgədəki əsas hərbi tarazlığı dəyişdirməyəcək”.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Gen Şuan ABŞ-ın Tayvana “F-16” tədarük etmək planlarına münasibət bildirərək, belə əməliyyatın baş tutacağı təqdirdə Pekinin öz maraqlarını qoruması üçün cavab tədbirləri görəcəyini deyib. O, həmçinin qeyd edib ki, Çin Vaşinqtonun bu planı ilə əlaqədar kəskin etirazını ifadə edir.