ABŞ tezliklə hegemonluq statusunu itirə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ milli borcunun artması səbəbindən fövqəldövlət statusunu itirmək riski
altındadır.
Qeyd olunub ki, ölkə öz imkanları daxilində yaşamağa başlamasa, ABŞ-nin
hökmranlığı sona çatacaq. Bunun üçün ABŞ-yə mövcud iqtisadi trayektoriyanı
dəyişdirəcək güclü lider lazımdır.
Konqresin Büdcə idarəsinin son proqnozu göstərir ki, ABŞ-nin dövlət borcu
2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə, 2054-cü ilə qədər isə ÜDM-in 174%-nə
yüksələcək.
Xatırladaq ki, yanvarın əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları
ötüb. “BlackRock”un baş direktoru Larri Fink xəbərdarlıq edib ki, nəhəng borc
ölkəni Yaponiyanın “itirilmiş onilliyinə” bənzər böhrana aparan təhlükəli yola
salır. İlon Mask da mövcud vəziyyətlə bağlı narahatlığını dilə gətirib.
Mənbə: American Spectator