ABŞ-ın Xarici İnvestisiya Komitəsi (XİK) “Tik-Tok”la bağlı araşdırmalara başlayıb və cinayət işi açılıb.
Əvvəlcə Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan və adı “Musical.ly” olan tətbiqetmə “Tik-Tok” tərəfindən bir milyard dollara alınarkən bu barədə XİK-dən icazə alınmayıb. Bu səbəbdən tətbiqin ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirə biləcəyinə risk olduğu üçün komitə araşdırmalara başlayıb. İlk olaraq satış zamanı imzalanan müqavilə incələnib.
“Tik-Tok” elan edib ki, onun üçün istifadəçilərin etibarından üstün heç nə ola bilməz.
Bir müddət öncə ABŞ-ın bir neçə millət vəkili və Florida ştatının senatoru Marko Rubio Çində yerləşən bir şirkətin ABŞ vətəndaşlarından ibarət istifadəçilərin məlumatlarını əldə etməsinin təhlükəli olduğunu bildirirərək, “Tik-Tok”a cinayət işi açılmasına çağırış etmişdilər.