Türkiyənin Rusiyadan “Su-57” qırıcısı kimi yüksək texnologiyalı hərbi texnika almaq planı, bu ölkənin beşinci nəsil “F35” qırıcıları layihəsində gələcək iştirakını sual altına alır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.
“F-35-ə gəlincə… onlar Rusiyanın yüksək texnologiyalı silahlarına doğru səmt tutsalar, bu bilavasitə onların ABŞ hərbi layihələrində iştirakına təsir göstərəcək”, -deyə sözçü “Heritage” fondunda etdiyi çıxışda bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya “F-35” qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.