ABŞ Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri almaqdan imtina etməyə çağırır. Əks təqdirdə Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Habertürk” Vaşinqtondan olan mənbələrə istinadən məlumat yayıb.
Qəzetin müsahibinin dediyinə görə, ABŞ yaranmış vəziyyətdə yaman narahatdır, belə ki, S-400 komplekslərinin alınması, “NATO ilə operativ uyğunluğa mənfi təsir göstərə bilər”.
Türkiyə hökuməto ordunun adı çəkilən Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə təchizatını dayandırmasa Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin qəbul olunacağı istisna edilmir.
Mənbənin sözlərinə görə, ABŞ Türkiyənin hava müdafiəsinin təmin olunması üçün Ankaraya alternativ variant tapmağa kömək etmək niyyətindədir.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğu Ankaraya qarşı təhdidlərin yolverilməz olduğunu bildirmişdi. Türkiyəli ali diplomatın sözlərinə görə, Ankara daha əvvəl NATO müttəfiqlərindən HHM sistemi almaq istəsə də, “onlar hər dəfə bir problem çıxarıb”. Bununla əlaqədar Türkiyə 2017-ci ilin dekabr ayında digər ölkələrlə danışıqlara başlayıb və 2017-ci ilin dekabr ayında Rusiyadan zenit-raket komplekslərinin alınması haqqında müqavilə imzalayıb.
Qeyd edək ki, S-400 kompleksləri 400 km qədər əhatədə və 30 km yüksəklikdə uçan aviasiyanın, qanadlı və ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.