ABŞ Türkiyəyə F-35 üçün hissələrin tədarükünü dayandırıb

Baxış sayı: 3. 490 dəfə baxılıb.

ABŞ Türkiyəyə F-35 üçün hissələrin tədarükünü dayandırıb

ABŞ Türkiyəyə F-35 üçün hissələrin tədarükünü dayandırmaq barədə qərar verib.

 RİA Novosti-nin verdiyi məlumata görə, tədarükün dayandırılmasına səbəb Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleklərinin alması olub.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 100 ədəd “F-35 Lightining II” təyyarəsi almaq niyyətindədir.

Mart ayında ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini əldə edəcəyi halda sərt tədbirlər alacağını bildirmişdi.

 ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers bəyan etmişdi ki,  Ankara Rusiya ZRK-larını əldə edəcəyi təqdirdə Türkiyənin ABŞ-la hərbi sahədə əməkdaşlığı ciddi çəkildə pisləşəcək.  

“Türkiyə S-400-lərə sahib olacağı təqdirdə F-35 qırıcı təyyarələrini və Patriot zenit-raket komplekslərini əldə edə bilməyəcək”,  – deyə Ç.Sammers vurğulamışdı.