Vaşinqton İranla bağlı bir sıra fiziki şəxs və hava yolları şirkətlərinə qarşı sanskiyalar tətbiq edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi bəyanat yayıb.
Məlumata əsasən, sanksiya siyahısına İranın “Blue Airways” və “Dena Airways” aviaşirkətləri düşüb.
Bundan başqa siyahıya Türkiyədə qeydiyyata alınmış “Otic Aviation”, “RA Havacilik Lojistik Ve Tasimacilik Ticaret Limited”, “Trigron Lojistik Kargo Limited Sirketi” və “3G Lojistik” ve Havacilik Hizmetlari Ltd” şirkətləri əlavə olunub.
Fiziki şəxslərin “qara siyahısına” iki İran və bir Türkiyə vətəndaşı daxil edilib.