ce84afa9-1f60-4d27-9766-3304c7b63f56..jpg

ABŞ Ukrayna sərhədlərindən Rusiyanın “havasını” almağa çalışır: Ağ Evdən mühüm qərar – TƏHLİL

Baxış sayı: 1. 425 dəfə baxılıb.

ABŞ Ukrayna sərhədlərindən Rusiyanın “havasını” almağa çalışır: Ağ Evdən mühüm
qərar – TƏHLİL

Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxmağa çalışan Amerika Birləşmiş
Ştatları Avropanın təhlükəsizliyini qorumaq üçün “Patriot” hava hücumundan
müdafiə sistemlərini daha bir ölkədə – Slovakiyada (bu ölkə Ukrayna ilə
sərhəddir) yerləşdirir.

Ağ Ev bununla 4 ssenari üzrə hədəflərini müəyyənləşdirir:

1. Avropada hərbi iştirak səviyyəsini qaldırır,

2. Rusiyanı mümkün təcavüzlərdən çəkindirir,

3. Hücum olacağı təqdirdə Rusiyanın məqsədlərinə çatmamasına çalışır,

4. Silah bazarındakı liderliyi qoruyub saxlayır.

ABŞ “Patriot”ları dünyanın 18 ölkəsində yerləşdirib, onlardan altısı Avropa
məkanında özünə mövqe seçib (Almaniya, Niderland, Yunanıstan, İspaniya,
Rumıniya, İsveç və Polşa).

Hərbi mənada Rusiyanın Ukrayna sərhədlərindəki cinahlardan hava hücumundan
müdafiə sistemləri vasitəsilə əhatəyə alındığını görürük:

“Patriot”ların yerləşdirildiyi Rumıniya, Polşa, və həmin sistemlərin
yerləşdiriləcəyi Slovakiya Ukrayna ilə sərhəddir.

Pentaqonun “Patriot” sisemlərini Slovakiyaya göndərməsinin qərarının arxasında
Avropa ictimai-siyasi mühitində Rusiyaya əleyhinə meyillərin gücləndirilməsi
dayanır.

Qərbin iki qüdrəti – ABŞ və Britaniya – Rusiyanın başqa ərazilərdə ocaqlar
yandıracağı ehtimallarını əldə rəhbər tutaraq Avropadakı təhlükəsizlik zolağını
gücləndirmiş rejimə kökləyir.

Tarixi təcrübədə ABŞ-ın da okeanın o tayından gələrək digər ölkələrə hərbi
müdaxilələri olub, yəqin ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra ABŞ
da özünü analoji metodla sınağa çəkəcək.

Mümkündür ki, ABŞ-ın hədəf taxtasındakı ölkələrdən biri Avropada olsun –
məsələn, NATO üzvü olmayan və Rusiyaya aşırı simpatiya nümayiş etdirən Serbiya.

Rəsmi Belqrad Rusiyaya arxalanmaqdan və millətçi duyğulardan vəcdə gələrək
Bosniya və Herseqovinaya məxsus Serb Respublikasındakı serbləri qızışdırıb
ortaya salmaq taktikasını yürüdür ki, bu da Qərbi narahat edir.

Balkan regionundakı suların bulanıqlaşması Avropa üçün təhdidlərin miqyasını
genişləndirir, ABŞ-ın qoca qitəyə hərbi qiyafədə iştirakını artırmaq missiyası
da həmin səbəblərdən qaynaqlanır.

ABŞ-ın Slovakiyanı tamamilə öz orbitinə çəkməsinin əlamətləri təkcə
“Patriot”la bitmir, iki ölkə arasında olan Müdafiə Əməkdaşlığı Sazişinə əsasən,
Ağ Ev Slovakiyanın iki hərbi bazasından 10 il müddətinə istifadə etmək imkanı
qazanıb.

Bununla da qlobal münasibətlər sistemində yeni dünya düzəni yaratmaq
ideyalarının tətbiqinin başqa mərhələyə keçəcəyi ehtimalını səsləndirməyə
əsaslar yaranır.

ABŞ-ın Avropadakı canlı qüvvə və hərbi texnika sayının artırması həmin fazaya
keçidə hazırlıqdır.

Aqşin Kərimov

Source link