c2a032b0-150d-47ad-bbc9-342dad127c32..jpg

ABŞ Ukraynaya silah tədarükünü dayandırdığını elan edib

Baxış sayı: 797 dəfə baxılıb.

ABŞ Ukraynaya silah tədarükünü dayandırdığını elan edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Büdcə vəsaiti olmadığı üçün ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü
dayandırıb.

Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik
Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

Vaşinqtonun Kiyevə silah tədarükü məsələsini şərh edən Ağ Evin nümayəndəsi
“Bəli. Biz mövcud ehtiyatlardan sonuncu paketi ayırdıq və bunun üçün maliyyə
vəsaitimiz var idi. Göstərdiyimiz yardım indi dayanma nöqtəsinə gəlib”,- deyə
bildirib.

Qeyd edək ki, Vaşinqton administrasiyası təxminən dörd ay əvvəl İsrail və
Ukraynaya kömək üçün 106 milyard dollar ayırmaq barədə Konqresə sorğu göndərib.
Lakin sorğunun və alternativ qanun layihələrinin gələcək taleyi müəmmalı olaraq
qalır.

Mənbə: TASS

Source link