ABŞ və Britaniya Yəmənə silsilə zərbələr endirdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan “Ənsar
Allah”ın (Husilər) hədəflərinə azı dörd zərbə endirib.
Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat verib.
Bildirilib ki, Qırmızı dəniz sahilindən təxminən 100 kilometr aralıda yerləşən
Həccə əyalətinin Əl-Cərr bölgəsi hücuma məruz qalıb.
Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Mənbə: TASSv