c520ac8e-3aa8-4129-a0b3-9dab469e01b2..jpg

ABŞ və Cənubi Koreya altı ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək

Baxış sayı: 896 dəfə baxılıb.

ABŞ və Cənubi Koreya altı ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək

ABŞ və Cənubi Koreya mart ayında 2017-ci ildən sonra ən böyük birgə hərbi
təlim keçirəcək.

“Freedom Shield” adlanan manevrlər martın 13-dən 23-dək keçiriləcək. Ölkələrin
birgə bəyanatına görə, təlimlər təhlükəsizlik mühitində vəziyyətin dəyişməsi
nəzərə alınmaqla NATO qüvvələrinin müdafiə və cavab imkanlarını gücləndirməyə,
KXDR-in təcavüzünə və son müharibələrdən alınan dərslərə yönəlib.

Fevralın 17-də Pxenyan bəyan edib ki, Koreya yarımadası ərazisində birgə
təlimlərin keçiriləcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın “uzunmüddətli,
görünməmiş və güclü həlledici cavab”la üzləşəcək.

Qeyd olunub ki, KXDR-də bu cür manevrlərin elan edilməsi təcavüzkar müharibəyə
hazırlıq kimi qəbul edilir.

Mənbə: Reuters

Source link