ABŞ və Çin ticarət müharibəsi ilə bağlı danışıqları pozdu

ABŞ və Çin ticarət müharibəsi ilə bağlı danışıqları pozdu

Baxış sayı: 2. 583 dəfə baxılıb.

ABŞ və Çin iki ölkə arasında gedən ticarət müharibəsinin dayandırılmasında razılıq əldə edə bilməyiblər. İki günlük danışıqlar Pekində keçirilib və mayın 4-ü başa çatıb. 

ÇıxışYolu.Com bununla bağlı “Bloomberg” agentliyinə istinadla xəbər verir. 

Danışıqlar bitdikdən sonra nə ABŞ, nə də Çin tərəfi rəsmi bəyanat yayıb. Agentlik tərəfindən yayımlanan danışıqların sənədlərinə əsasən, ABŞ Çindən 2020-ci ilə qədər iki ölkə arasındakı ticarət kəsirini 200 milyard dollara endirməsini tələb edib. 2018-ci ilin sonuna qədər ABŞ Çinlə ticarət kəsirinin həcmini 375 milyard dollar dəyərləndiririb. 

Vaşinqton Pekinin Ümumdünya Ticarət Təşkilatına yönəltdiyi bir neçə tələbindən imtina edilməsi şərtini irəli sürüb.

Pekin isə Vaşinqton tərəfinin Çin şirkətləri tərəfindən ABŞ əqli mülkiyyətinin oğurlanması ilə bağlı apardığı araşdırmanın dayandırılmasını, Çin mallarına 25 faiz verginin tətbiqindən imtina olunmasını, milli təhlükəsizlik naminə Çin şirkətləri arasında ayrıseçkiliyin yığışdırılmasını və Çin şirkətləri üçün elektron ödənişlər bazarını açmağı tələb edib.

“Sinxua” agentliyinin məumatına görə, Çin və ABŞ bəzi məsələlərdə razılğa gələ biliblər. 

www.ÇıxışYolu.Com