ABŞ və Gürcüstan cinayətkarların ekstradisiyası barədə saziş imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ və Gürcüstan cinayətkarların ekstradisiyası haqqında müqavilə imzalayıb.
Bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında bildirilir.
Qurumun məlumatına görə, sənədi Gürcüstan tərəfdən Ədliyyə Nazirliyinin
rəhbəri Rati Breqadze və baş prokuror İrakli Şotadze, Amerika tərəfdən isə ABŞ
baş prokurorunun müavini və beynəlxalq əlaqələr üzrə katib Brüs Şvarts
imzalayıb.
“Bu, Gürcüstan tarixində mühüm məqamdır. Gürcüstan və ABŞ arasında son 30
illik səmərəli əməkdaşlıq bizim davamlı dostluğumuza sübutdur və bu tarixi
razılaşma həmin tərəfdaşlığın kulminasiya nöqtəsidir”, – deyə prokuror Şotadze
bildirib.
Qeyd edək ki, yanvar ayından ABŞ və Gürcüstan arasında ekstradisiya
müqaviləsinin bağlanması ilə bağlı danışıqlar davam edir. Gürcüstan
prokurorluğunun məlumatına görə, saziş cinayətkarlıqla mübarizənin
effektivliyini artıracaq.