KXDR lideri Kim Çen In və ABŞ Dövlət katibi Maykl Pompeo nüvə silahından imtina məsələləri üzrə işçi qrupun yaradılmasına, həmçinin amerikalı müfəttişlərin KXDR-in nüvə obyektlərinə buraxılmalarına dair razılıq əldə ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Koreya Respublikası prezidenti Mun Çje İnın administrasiyasının dövlət başçısının Pompeo ilə görüşünün yekunlarına dair yaydığı bəyanatda deyilir.
İşçi qrupu həmçinin ABŞ və Şimali Koreya başçılarının növbəti görüşünün mümkünlüyünü müzakirə edəcək.