ABŞ və Rusiya dilemma qarşısında: Suriyada kimyəvi hücumu kim planlaşdırır?

Baxış sayı: 2. 063 dəfə baxılıb.

ABŞ və Rusiya dilemma qarşısında: Suriyada kimyəvi hücumu kim planlaşdırır?

Suriyanın İdlib əyalətində olan silahlılar kimyəvi hücum təxribatı üçün zəhərləyici maddələr əldə ediblər.

ÇıxışYolu.Com– xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb. 

General Aleksey Tsıqankov bildirib ki, müstəqil mənbələr Sarakib şəhərində hazırlanan təxribat barədə məlumat veriblər. Onun sözlərinə görə, zəhərləyici maddələrlə dolu iki yük maşını Afs yaşayış məntəqəsindən göndərilib. 

Qeyd edək ki, bu gün Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Caafari BMT Təhlükəsizlik Şurasının iclasında silahlar tərəfindən təxribatən hazırlanmasına dair məlumatları təqdim edib. 

ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəisi general Cozef Danford isə rusiyalı həmkarı Valeri Gerasimova deyib ki, Vaşinqton Suriyada kimyəvi silahın tətbiqinə cavab verəcək. 

Bildirilir ki, ABŞ Rusiyanı Suriya hökumətini kimyəvi silahın istifadəsindən çəkindirməyə çağırıb. 

www.ÇıxışYolu.Com