“The National Interest” nəşri ABŞ və Rusiyanın Suriyada üz-üzə gələcəyi təqdirdə hansı silahlardan istifadə edəcəyi ilə bağlı ehtimallarını açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, jurnalın proqnozuna görə, ABŞ Rusiyanın Suriyadakı mövqelərinə “Tomohawk” və ya “AGM-86B” qanadlı raketləri ilə zərbələr endirə bilər.
Hava reydlərində “B-2 Spirit” bombardmançıları və “F-22 Raptor” qırıcılarından istifadə olunacağı ehtimalı yüksəkdir.
“National Interest”in hərbi ekspertləri əmin edir ki, Rusiyanın nə “S-300”, nə də “S-400” ZRK sistemləri ABŞ silahları ilə endirilən zərbələrin qarşısını almaqda acizdir.
Rusiya isə ABŞ mövqelərini “Tu-95” və “Tu-160” bombardmançılarının daşıdığı “X-101” qanadlı raketləri ilə və ya hərbi gəmilərdən buraxılan “Kalibr” qanadlı raketləri ilə bombalaya bilər.