ABŞ və Türkiyə Bakı ilə İrəvan arasında davamlı sülhün təşviqi üçün
çalışacaqlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Ştatlar və Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü
təşviq etmək üçün birgə işləməyi öhdəlik götürüblər.
Bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci görüşü ilə bağlı bəyanatda
bildirilib.
Qeyd olunub ki, dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri
Hakan Fidanın sədrliyi ilə 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda
ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci iclası keçirilib.
“Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin
yüksəkvəzifəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr,
ardınca isə martın 8-də katib Blinken ilə nazir Fidan arasında görüş baş tutub.
Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında
balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək
öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifaha kömək
edəcəyinə dair razılığa gəliblər”, – məlumatda qeyd olunub.
Mənbə: state.gov