ABŞ müdafiə naziri Ceymz Mettis türkiyəli həmkarı Nürəttin Canikli ilə Suriyadakı əməliyyatları müzakirə edib.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonu rəsmi nümayəndəsi Dana Uayt bildirib.
Uaytın bildirdiyinə görə, hərbi başçıların görüşü Brüsseldə NATO-nun baş qərargahında keçirilib.
“Nazirlər Mənbic şəhərindəki vəziyyətlə əlaqədar uzunmüddətli sazişin hazırlanmasına yönəlmiş Suriya ilə bağlı birgə səyləri müzakirə ediblər; belə bir saziş Türkiyənin öz sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlığını azalda, regionda sabitliyin bərqərar olmasına şərait yarada və əsas diqqəti İŞİD qruplaşması yaraqlılarına qarşı mübarizəninin davam etdirilməsinə yönəldə bilər”, -deyə Uayt brifində söyləyib.
Mettis və Canikli eyni zamanda ikitərəfli hərbi münasibətləri müzakirə edib, müdafiə sahəsində Türkiyə-ABŞ əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib.