ABŞ Yəməndə husilərin hədəflərinə yenidən zərbə endirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Silahlı Qüvvələri ötən gecə husilərin Yəməndəki radiolokasiya stansiyasına
zərbələr endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığından (CENTCOM) məlumat
verilib.
“Bu zərbə “Carney” təyyarədaşıyıcı gəmi tərəfindən həyata keçirilib və
“Tomahawk” yerüstü hücum raketlərindən istifadə edilib. Bu, yanvarın 12-də
husilərin ticarət gəmiləri də daxil olmaqla dənizdə üzən gəmilərə hücum etmək
qabiliyyətini zəiflətmək məqsədilə endirilən zərbələrin davamı olub”, – deyə
CENTCOM-un “X” hesabında paylaşılan bəyanatda bildirilib.
Mənbə: TASS