c2e5a8a0-f043-4c0c-9629-4196166d5a65..jpg

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir?

Baxış sayı: 461 dəfə baxılıb.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq media qurumlarında ABŞ-nin Yaxın Şərqə əlavə qüvvələr göndərdiyi
ilə bağlı xəbərlər yayılıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə istinad edən xəbərlərdə bildirilib ki,
ABŞ bununla bölgədəki qüvvələrinin müdafiə gücünü artırmaq niyyətindədir.

Digər tərəfdən, ABŞ-nin iki rəsmisi “Politico” xəbər saytına verdikləri
açıqlamada qeyd ediblər ki, İran Vaşinqtonun reaksiyasına səbəb olmayacaq və
regional qarşıdurmanın güclənməsinə gətirib çıxarmayacaq ciddi cavab
strategiyası hazırlayır.

“İran yaxın günlərdə İsrailə raket və dronlar vasitəsilə daha genişmiqyaslı
hava hücumu təşkil etməyi planlaşdırır”, – deyə adlarının açıqlanmasını
istəməyən rəsmilər bildiriblər.

Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyinin ərazisində
yerləşən konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı da daxil olmaqla,
ümumilikdə 7 iranlı həlak olub.

İranın lideri Əli Xamenei bu hücuma cavab veriləcəyi ilə bağlı təhdid edib.

Mənbə: Anadolu

Source link