842f6c86-4904-41f7-8d6f-8fc177d496f7..jpg

Abşeron Milli Parkına marşrut xətti açılır

Baxış sayı: 958 dəfə baxılıb.

Abşeron Milli Parkına marşrut xətti açılır

“Martın 23-dən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır”.

Bu barədə parkın direktoru Etibar İbrahimov özünün “Facebook” səhifəsində
paylaşım edib.

O bildirib ki, ayın 23-dən etibarən metronun “Koroğlu” stansiyası – Abşeron
Milli Parkı – “Koroğlu” stansiyası istiqamətində yeni avtobus xətti müntəzəm
fəaliyyətə başlayır:

“Avtobus marşrutu martın 23-dən martın 26-dək Novruz tətili günlərində
fəaliyyət göstərəcək. Sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və
bazar günlərini əhatə edəcək. Bir istiqamətdə uzunluğu 68 km təşkil edən xəttə
buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da metronun “Koroğlu”
stansiyasından yola düşəcək. Saat 16:30-da isə Abşeron Milli Parkından geri
qayıdacaq”.

Source link