bde4247f-0c09-49bf-81f9-4d9c1a73b3f4..jpg

“Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsinə həsr olunan tədbir keçirilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 786 dəfə baxılıb.

“Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsinə həsr olunan tədbir
keçirilib – YENİLƏNİB + FOTO

31 avqust 2023-cü il tarixində “Abşeron” qaz-kondensat yatağından ilk qazın
verilməsi münasibətilə tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri,
iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və
layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən
iqtisadiyyat naziri “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsinin
Azərbaycan üçün əlamətdar olan bu ildə həyata keçirilməsini xüsusi vurğulayıb.
Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci
mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.

Tədbirdə Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq
əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini ifadə
edib. Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında
“Abşeron” qaz-kondensat yatağında 30% iştirak payının satışı ilə bağlı
imzalanma mərasiminin keçirildiyini xatırladan SOCAR-ın Müşahidə Şurasının
sədri bu sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti
təzahürü olduğunu qeyd edib.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış edərək
dünyada qaz tədarükü mənbələrinin əhəmiyyətinin təhlükəsizlik amilinə əsasən
müəyyənləşdiyi, müvafiq olaraq etibarlı enerji təchizatçısı kimi Azərbaycanın
rolunun gücləndiyi və ölkəmizin enerji resurslarına tələbatın artdığı bir
vaxtda “Abşeron”un yüksək hasilatla işə düşməsinin strateji əhəmiyyət
daşıdığını vurğulayıb. Nazir bunun Azərbaycanın enerji ehtiyatlarının
zənginliyinin və enerji tədarükçüsü missiyasının davamlılığının bariz
göstəricisi olduğunu bildirib, eyni zamanda, enerji bazarları, istehlakçıların
fasiləsiz enerji təchizatına, ölkəmizdə neft-kondensat hasilatının sabitliyinə
etibarlı təminat olduğunu diqqətə çatdırıb. Pərviz Şahbazov “Abşeron” yatağının
ölkəmizdə qaz istehsalı, istehlakı mənbələrini şaxələndirməklə yanaşı, Avropaya
əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Abşeron” qaz-kondensat yatağının
tarixi inkişaf yolundan, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla birgə
atılan mühüm addımlardan bəhs edib. SOCAR prezidenti “Abşeron” qaz-kondensat
yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq
mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini vurğulayıb.

Rövşən Nəcəf çıxışında ölkə başçısı tərəfindən “Abşeron” qaz-kondensat
yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icrası
istiqamətində görülən işlərdən bəhs edib.

“Abşeron” qaz-kondensat yatağının İHS mərhələsi üzrə hasilata başlanılmasından
məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik
Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da
möhkəmləndiriləcəyini diqqətə çatdırıb. O, hazırda tərəfdaş şirkətlərlə birgə
“Abşeron” qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən
işlərdən danışıb. Patrik Puyane təbii qazın karbohidrogenlər içərisində ən
təmiz yanacaq olduğunu diqqətə çatdıraraq “Abşeron” layihəsinin
“TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu
da ifadə edib.

ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı
direktoru Musabbeh Al Kaabi SOCAR və “TotalEnergies” ilə birlikdə Birləşmiş
Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji
tərəfdaşlığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın
hasil olunmasına həsr edilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.
İcraçı direktor aşağı karbonlu enerji istehsalı sahəsində ADNOC-un malik olduğu
ənənələrə və onilliklər boyu qazanılan zəngin təcrübəyə əsaslanaraq, bu
strateji əhəmiyyətli layihədə oynayacağı mühüm rolu səbirsizliklə
gözlədiklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin İHS
mərhələsinə həsr olunan videoçarx nümayiş etdirilib.

15:50

“Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir – “Abşeron”
qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” profilində yazıb.

“Abşeron” qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının
reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və
ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Bu
əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik”, –
nazir qeyd edib.

Bu gün #Azərbaycan
üçün
tarixi əhəmiyyətə malik bir tədbir – “Abşeron” qaz-kondensat yatağından ilk
qazın verilməsi mərasimi keçirilir. “Abşeron” qaz-kondensat yatağının
fəaliyyəti ölkəmizin#enerji
potensialının
reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara…
pic.twitter.com/TuHkxv33jT
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 31, 2023

Source link