Yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.