54c5eb91-bde4-410e-beb6-dcf026534250..jpg

Abşeronda əlbir olduğu şəxslərlə qətl törədənə AĞIR CƏZA

Baxış sayı: 817 dəfə baxılıb.

Abşeronda əlbir olduğu şəxslərlə qətl törədənə AĞIR CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda beş il əvvəl qətl törətməkdə təqsirləndirilən və ötən il tutulan
Samir Kazımova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 30 mart 2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri
ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş
nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Baş
Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri
tutularaq istintaqa cəlb edilib.

Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak etmiş qrup
üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, İlham Həsənov,
Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi
Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
ittiham elan edilib, həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi
24.05.2019-cu il tarixdə məhkəməyə göndərilməklə barələrində ittiham hökmü
çıxarılıb.

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan Respublikasının
vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən
Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam
öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq
törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində
cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 01.05.2017-ci il tarixdə
barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən
istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs
Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulub, 18 may 2022-ci il tarixdə ona
Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham
elan edilib.

Source link