9543f90a-4c57-4823-bbf2-d7a64a5b29ff..jpg

Abşeronda avtoxuliqanlıq edən şəxs həbs olunub – FOTO

Baxış sayı: 400 dəfə baxılıb.

Abşeronda avtoxuliqanlıq edən şəxs həbs olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, “Daewoo
Nexia” markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin
Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət
iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq
hərəkətləri etdiyi üçün Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə
təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib
və 500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.

Source link