Abşeronda beş yaşlı qıza təcavüz edildi

Abşeronda beş yaşlı qıza təcavüz edildi

Baxış sayı: 2. 235 dəfə baxılıb.

Abşeronda beş yaşlı qıza təcavüz edildi

Abşeron rayonunda beş yaşlı qıza təcavüz etməkdə günahlandırılan gənc saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Masazır kəndində 18 yaşlı E.A. polis tərəfindən yaxalanıb və  istintaqa təhvil verilib. Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 150-ci (Cinsi Zorakılıq) maddəsi ilə cinayət işi açıb. Hazırda cinayətin təfərrüatı araşdırılır.

Qeyd edək ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da baş verib. Bu ilin sentyabr ayının 18-də yeddi yaşlı qıza qarşı seksual zorakılıq olunub. Cinayətdə zərərçəkənin valideynlərini ziyarətə gələn qohumu ittiham olunur.

Faktla bağlı hazırda Suraxanı Rayon Prokurorluğu araşdırma aparır. Hələlik məsələ ilə bağlı heç kim saxlanılmayıb.

Ramella İbrahimxəlilova