bded024f-3eea-42ea-b4fc-a456d96cc45f..jpg

Abşeronda bıçaqlanan qadınla bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO

Baxış sayı: 676 dəfə baxılıb.

Abşeronda bıçaqlanan qadınla bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı Aynur Zahid qızı Nərimanova
bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Alim Nərimanov polis tərəfindən
saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Qeyd olunub ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması
aparılır.

Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.
İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcəkdir.

08:52

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 19 yaşlı Aynur Zahid qızı Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim
Nərimanov tərəfindən bıçaqlanıb.

Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Onun anası Ruhiyyə APA-ya bildirib ki, qızı Aynur ikiaylıq hamilə imiş, o
sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.

Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni
Xırdalan şəhərinə gedib.

Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.

Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Source link