00656454-34ac-4e7d-b0d8-b3ffba06241e..jpg

Abşeronda ƏMƏLİYYAT: Xeyli silah və narkotik aşkarlandı – FOTO

Baxış sayı: 506 dəfə baxılıb.

Abşeronda ƏMƏLİYYAT: Xeyli silah və narkotik aşkarlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 13 ədəd odlu silah əməliyyat
yolu ilə aşkar edilib, 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib,
10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər
keçirilib. Tədbirlərlə ümumilikdə 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar
edilib, vətəndaşlarda olan 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil
verilib. Qobu, Saray və Mehdiabad qəsəbələri ərazilərindən 8 ədəd əl qumbarası
və 25 ədəd mərmi təhlükəsizlik tədbirləri görülməklə həmin ünvanlardan
götürülüb. Narkotiklərə qarşı keçirilən 17 əməliyyat zamanı 10 kiloqrama yaxın
narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Mehdiabad Polis
Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş
Rafiq Bədirovdan “Makarov” markalı tapança, 7 patron, eləcə də Mehdiabad
qəsəbəsi ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 12 ədəd patron,
Abşeron rayon sakini olan Pərvanə Musayevadan satmaq məqsədi ilə əldə etdiyi 3
kiloqramdan artıq marixuana aşkar edilib. Vətəndaşlar tərəfindən 14 ədəd tüfəng
Mehdiabad Polis Bölməsinə təhvil verilib. Saray Polis Bölməsi əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə Zülfi Ağadadaşov və Sübhi İsmayılovdan
ümumilikdə 2 ədəd “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilib.
Vətəndaşlar tərəfindən 2 ədəd ov tüfəngi Saray Polis Bölməsinə təhvil verilib.
Ceyranbatan qəsəbəsində vətəndaşlara qarşı soyğunçuluq edən əvvəllər məhkum
olunmuş Samir Məmmədov da saxlanılaraq məsuliyyətə cəlb olunub. Qobu Polis
Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramid Məmmədovdan
“Kalaşnikov” avtomatı, 9 ədəd patron, Ayaz Heydərovdan “Makarov” markalı
tapança və 4 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 8 ədəd ov tüfəngi
Qobu Polis Bölməsinə təhvil verilib. Narkotiklərin satışını təşkil edən Abşeron
rayon sakini Araz Alxasovdan isə 1 kiloqrama yaxın heroin, metamfetamin, eləcə
də 20 ədəd metadon həbi aşkar olunub. Qobu qəsəbəsində mənzillərdən oğurluq
edən Zakir Salmanov da qeyd edilən tədbirlərin nəticəsi olaraq saxlanılıb.
Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlər nəticəsində Toğrul Qasımov, Murad Hüseynov, Muxtar Abdullayev, Şahid
Məmmədov, Nəcməddin Əlizadə, Samran Əliyoldaşov və Natiq Şıxəliyevdən
ümumilikdə 7 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd sandıqca və 41 ədəd patron
aşkar edilib.

Vətəndaşlar tərəfindən 3 ədəd ov tüfəngi İdarəyə təhvil verilib. Taksi
fəaliyyəti adı altında narkokuryerlik edən Azər Ağakişiyevin idarə etdiyi
“Toyota Prius” markalı avtomobildən 4 kiloqramdan çox marixuana aşkar olunub.
Abşeron rayonunda müxtəlif vaxtlarda 20 avtomobilin şüşəsini qıraraq oğurluq
edən Sabirabad rayon sakini Ümid Mirzəyev də tədbirlərin nəticəsi olaraq
saxlanılıb. Rayon ərazisində oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün
axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 47, xırda xuliqanlığa
və xırda talamaya görə 44 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər
tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin
əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını
pozan 100-dən artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və
nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 28, dayanma-durma
qaydalarını pozan 321 sürücü inzibati məsuliyyətə cəlb edilib.


Source link