2eb943ec-da93-424d-b3b3-0df9c988702d..jpg

Abşeronda evdə meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, qadın saxlanılıb

Baxış sayı: 636 dəfə baxılıb.

Abşeronda evdə meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, qadın saxlanılıb

Abşeronda evdə meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, qadın saxlanılıb.

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 25-də gecə saat 2 radələrində Xırdalan şəhərində
1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək
intihar etməsi yaxınları tərəfindən bildirilsə də, hadisənin təfərrüatı ətraflı
olaraq rayon prokurorluğunda araşdırılıb.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Gülnar Məmmədovanın yaşadıqları evdə
şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elsevər
Həsənova bıçaqla xəsarət yetirib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Gülnar Məmmədova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla
barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Source link