e26b6718-db54-4079-8870-a89f1af6de5a..jpg

Abşeronda iki Pakistan vətəndaşını bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 518 dəfə baxılıb.

Abşeronda iki Pakistan vətəndaşını bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivində 10 saylı binada baş
verib.

Hadisə nəticəsində bir pakistanlı ölüb, digəri ağır yaralanıb. Yaralanan şəxs
xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs də Pakistan vətəndaşıdır və
saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

30.10.2023, 22:25

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları
mənzildə bıçaq zərbələri endiriblər.

Pakistan vətəndaşlarından biri aldığı bıçaq xəsarətlərindən həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Source link