Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək, onu bir neçə yerdən bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır və reanimasiya şöbəsində olduğu üçün dindirilməsi mümkün olmayıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub.
Bildirilir ki, cütlüyün iki övladı var.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com