Abşeronda ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində
quraşdırılan içərisində 10 362 manat olan ödəmə terminalı naməlum şəxslər
tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis
İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə
terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri əvvəllər məhkum
olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev
saxlanılıblar.
Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron
rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq
etdikləri məlum olub.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və
M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə
polisə məlumat verə bilərlər.