81098fae-a658-4579-a69f-5045c7152c96..jpg

Abşeronda qanunsuz tikililər sökülüb – FOTO/VİDEO

Baxış sayı: 390 dəfə baxılıb.

Abşeronda qanunsuz tikililər sökülüb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində
qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam
etdirilir.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Mehdiabad və Qobu qəsəbələri ərazisində
qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin
nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz
inşa edilən tikililər sökülüb.


Source link