8d4181be-f57e-43fc-90d5-58c55951a02e..jpg

Abşeronda qaydaları heçə sayan intizamsız sürücülər cəzalandırıldılar – FOTO/VİDEO

Baxış sayı: 605 dəfə baxılıb.

Abşeronda qaydaları heçə sayan intizamsız sürücülər cəzalandırıldılar –
FOTO/VİDEO

Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində növbəti
profilaktik tədbir keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbir zamanı atmosferi normadan artıq çirkləndirən
avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.

Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada
məsuliyyətə cəlb olunublar. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir
zamanı rayon ərazisində xeyli sayda sürücü barəsində İnzibati Xətalar
Məcəlləsinə uyğun protokol tərtib edilib.

Həmçinin, Xırdalan şəhərində yol polislərinin cari il ərzində intizamsız
sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı protokolar tərtib
edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən, narkotikin təsiri
altında sükan arxasında əyləşən, sürücülük hüququ olmayan, avtoxuliqanlıq edən,
polisin qanuni saxla əmrinə tabe olmayan, yük və sərnişindaşıma qaydalarını
pozan, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində inzibati
protokol tərtib edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də
digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər
görülüb.

Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan
intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam
etdiriləcək.


Source link