f683d501-8f3e-44fa-baf4-78fcd3855c4f.jpg

Abşeronda rieltorun küçədə apardığı qazıntıya görə sakinlər əziyyət çəkirlər

Baxış sayı: 316 dəfə baxılıb.

Abşeron rayonunda qanunsuz çəkilən kanalizasiya xətti avtomobil yolunu
bağlayıb, evlərə gedən su xəttlərini zədələyib. Hazırda kanalizasiya suları
evlərin ətrafından axır.

Sakinlər iddia edirlər ki, qanunsuz işi görən Bəxtiyar Əsədov adlı rieltordur.

İddiaya görə o, bir aydan çoxdur yolu qazaraq satış məqsədilə tikdiyi evlərin
kanalizasiya xəttlərini çəkmək istəyib. Ancaq gördüyü iş ətrafda yaşayan
sakinlərə ziyan vurub. Yol qazılıb və kanalizasiya suları axır.

Abşeron Su Meliorasiya Sistemləri İdarəsindən isə “Xəzər Xəbər”ə bildirilib
ki, Masazırın Akim Abbasov küçəsindəki vəziyyətlə bağlı müraciət daxil olub.
Ancaq orada bir rieltor heç kəsə məlumat vermədən qanunsuz olaraq iş görüb.
Mövcud vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Ətraflı süjetdə:

Abşeronda rieltorun küçədə apardığı qazıntıya görə
sakinlər əziyyət çəkirlər
Abşeronda rieltorun küçədə apardığı qazıntıya görə sakinlər əziyyət çəkirlər

Source link