Abşeronda sərxoş gənc küçədə maşını qaçıraraq qəza törətdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron Rayon Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Rafiq
Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o,
cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş
polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunub.
İttihama görə, hadisə 8 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron
rayonu, Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Rafiq Əsədov sərxoş vəziyyətdə
zərərçəkmiş Tahir Məmmədova (şərti) məxsus evin qarşısında saxlanılmış
sonuncunun etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı avtomobilinin
qapısının açıq və açarının maşının saxlanc yerində olduğunu görüb. O, bundan
istifadə edib sükan arxasına əyləşib, nəqliyyat vasitəsini sürərək qaçırıb.
Daha sonra Rafiq həmin maşını Mehdiabad-Pirşağı yolu ilə idarə edərkən müxtəlif
maneələrə vurub. Nəticədə zərərçəkmiş Tahir Məmmədova 500 manat dəyərində ziyan
dəyib.
Hadisədən sonra Rafiq Əsədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin
avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ
keçirmə (qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.