5c5e796f-ea7e-4fca-965c-ec18b6fcefdc..jpg

Abşeronda yaşayış binasında yanğın olub: Ölən var – YENİLƏNİB

Baxış sayı: 607 dəfə baxılıb.

Abşeronda yaşayış binasında yanğın olub: Ölən var – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi
ilə bağlı açıqlama verib.

Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron
rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində mənzildə yanğın baş
verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış
binasının dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan iki
otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər
hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr
sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü
Ə.Mehdiyevin meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

18:57

Abşeronda yaşayış binasında yanğın olub, ölən var.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə “Yeni Bakı” yaşayış massivində qeydə alınıb.

Yanğın nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları
cəlb olunub.

Yanğın söndürülüb.

Source link