bd628167-cefb-4c6d-a698-8fed83327b7f..jpg

Abşeronda yemək masasında baş verən mübahisə qanla bitdi

Baxış sayı: 1. 031 dəfə baxılıb.

Abşeronda yemək masasında baş verən mübahisə qanla bitdi

Abşeronda 30 yaşlı kişi bıçaqlanıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki,
bu gün saat 14:00 radələrində 1993-cü il təvəllüdlü Elvin Uçaqovun bıçaqla
kəsici-deşici xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsinə dair polisə
məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən
1997-ci il təvəllüdlü Röyal Səlimov saxlanılıb. İlkin məlumata görə, hadisə iki
şəxsin yeyib-içdikdən sonra aralarında yaranan mübahisə nəticəsində baş verib.

Araşdırma aparılır.

Source link